“Sabah” son dəqiqələrdə sevindi

“Sabah” son dəqiqələrdə sevindi
“Zirə” yenə uduzdu

Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Günün ilk matçında "Sabah" autsayder "Zirə"ni qəbul edib. "Əlincə Arena"da keçirilmiş görüş meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesab ilk hissənin sonuna yaxın açılıb. Məqsəd İsayev çərçivəni dəqiq nişan alıb. 1-0.

73-cü dəqiqədə isə "Zirə"nin heyətində Tellur Mütəllimov şansları bərabərləşdirib. 

Bundan sonra təzyiqi artıran meydan sahibləri sona yaxın istəyinə çatıb. Cavid İmamverdiyevin zərbəsi qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib. 

Bu qələbədən sonra xalını 16-ya çatdıran "Sabah" 3-cü yerə yüksəlib. "Zirə" isə 4 xalla sonuncu pillədədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə