El Klasiko: son 11 ildə ilk dəfə Messisiz və Ronaldosuz

El Klasiko: son 11 ildə ilk dəfə Messisiz və Ronaldosuz

Bu gün İspaniya La Liqasında dünyada böyük maraq doğuran "Barselona” - "Real Madrid” matçı oynanılacaq.

"El Klasiko" adlandırılan bu matç son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçiriləcək. Argentinalı zədəlidir, portuqaliyalı isə bu mövsümdə “Yuventus”a transfer olub. Bununla belə, görüşə maraq azalmayıb. Oyun Bakı vaxtı ilə saat 19:15-də "Nou Kamp" stadionunda başlayacaq.

Xatırladaq ki, yüz ilə yaxın müddətdə bu iki komanda rəsmi turnirlərdə 237 dəfə üz-üzə gəlib. Bu oyunların 95-də "Real Madrid”, 93-də isə "Barselona” qələbə qazanıb. Vurulan qolların nisbəti də “Kral klubu”nun xeyrinədir - 401:387.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə