Dortmundda futbol oyunu zamanı iğtişaş: 45 nəfər yaralanıb

Dortmundda futbol oyunu zamanı iğtişaş: 45 nəfər yaralanıb

Almanıya futbol çempionatının doqquzuncu turunda Dortmundun “Borussiya” və Berlinin “Herta” komandaları arasında keçirilən oyun zamanı stadionda iğtişaş baş verib.

DPA agentliyinin Dortmund polisinə istinadla yaydığı məlumata görə, iğtişaş nəticəsində 45 nəfər yaralanıb.

Oyunun gedişində qonaq komandanın azarkeşləri ilə polis arasında münaqişə yaranıb. Qonaq sektorlarında, həmçinin pirotexnikadan istifadə olunub. Fasilə zamanı fanatlar tualetlərdə polislərə hücum edib və bir neçə qapını sındırıblar. Ümumilikdə beş polis əməkdaşı xəsarət alıb. İnsident iştirakçılarından neçəsinin saxlandığı barədə məlumat verilmir.

Xatırladaq ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə