“Qarabağ” “Neftçi” ilə bacarmadı

“Qarabağ” “Neftçi” ilə bacarmadı

Azərbaycan Premyer Liqasının 9-cu turunda oynanılan “Neftçi” – “Qarabağ” oyunu  başa çatıb.

“Bakcell Arena”da keçirilən oyunda hesabı paytaxt təmsilçiləri açıblar. Belə ki, Dario Federikonun cinah ötürməsi zamanı top ağdamlıların müdafiəçisi Abbas Hüseynovun ayağına dəyərək qapıdan keçib - 1:0. Daha sonra “Neftçi” qarşılaşmanın 25-ci dəqiqəsində hesab arasındaki fərqi iki topa çatdırıb. Mirabdullah Abbasov oyunda yenidən məhsuldar ötürmə ilə yadda qalan Dario Federikonun ötürməsini qola çevirib – 2:0. Birinci hissəyə komandalar “flaqman”nın 2:0 hesablı üstünlüyü ilə yollanıb.

Fasilədən sonra əks hücumlara bel bağlayan “Neftçi” matçın sonlarında - 84-ci dəqiqədə qapısında qol görüb. Mahir Mədətov adını tabloya yazdırıb - 1:2. Bu da oyunda son qol olmayıb. Emil Mahmudov cinahda Rəşad Sadıqovu keçərək çempionatın bombardiri Baqali Daboya ötürmə verib, sonuncu fürsəti əldən verməyib. Beləliklə, görüş “Neftçi” klubunun 3:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra “Neftçi” xalların sayını 21-ə çatdıraraq turnir cədvəlində birinci yerdəki mövqeyini qoruyub saxlayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə