"Barselona" "El klassiko"da "Real"ı darmadağın etdi

İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Barselona” ilə “Real Madrid” klubları qarşı-qarşıya gəlib.

“El Klasiko” adlandırılan bu matç son 11 ildə ilk dəfə Lionel Messi və Kriştiano Ronaldo olmadan keçirilib. Argentinalı zədəlidir, portuqaliyalı isə bu mövsümdə “Yuventus”a transfer olub.

Son yüz ildə bu iki komanda rəsmi turnirlərdə 237 dəfə üz-üzə gəlib. Bu oyunların 95-də “Real Madrid”, 93-də isə "Barselona” qələbə qazanıb. Vurulan qolların nisbəti də “Kral klubu”nun xeyrinədir - 401:387.

“Barselona” klubu 1 milyard 200 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Real Madrid” isə 969 milyon avro ilə Katalonya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 2 milyard 169 milyon avrodur.

“Real Madrid”in ən qiymətli futbolçusu uelslı Qaret Beyldir (90 milyon avro). Fransalı Rafayel Varan və alman Toni Kros 80 milyon avro ilə ikinci sırada yer alıblar. Sonrakı yerlərdə ispaniyalı futbolçu İsko (75 milyon), hücumçu Marko Asensio (75 milyon avro) qərarlaşıb.

El Klassiko”da hesabı meydan sahibləri açıblar. Əks hücum zamanı Jordi Albanin cinah ötürməsini Filip Koutinyo dəqiq zərbə ilə tamamlayıb - 1:0. Qarşılaşmanın 30-ci dəqiqəsində Madrid təmsilçisi cərimə meydançasının daxilində Luis Suaresa qarşı qaydanı pozub. Oyunun baş hakimi VAR sistemindən istifadə edərək 11 metirlik cərimə zərbəsi təyin edib. Zərər çəkən penaltini özü yerinə yetirərək hesabı artırıb - 2:0.

177-ci "El Klassiko"nun ikinci hissəsində dərhal sonra hücuma atılan "kral" klubu 50-ci dəqiqədə qollardan birinin əvəzin çıxıb. Marselo cinah ötürməsini dəqiq ram edərək qapıya güvətli zərbə endirib - 2:1. Matçın 75-ci dəqiqəsində Katalonyalılar yenidən fərqlənib. Luis Suares adını tabloya yazdıraraq özünün ikinci komandasının isə üçüncü qolun vurub - 3:1.

Buda oyunda son qol olmayıb. Qarşılaşmanın başa çatmasına səkkiz dəqiqə qalmış Luis Suares "het-trik"ın rəsimləşdirib - 4:1. Oyunda son nöqtəni isə 87-ci dəqiqədə oyuna yenicə daxil olmuş Arturo Vidal qoyub - 5:1.

Bu qələbədən sonra "Barselona" xallarının sayini 21-ə çatdıraraq turnir cədvəlində birinci yerini qoruyub. "Real Madrid" isə 14 xalla 9-ci yerdədir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə