"Azəriqaz" İB-dən "açıq mikrofon" aksiyası - VİDEO

Hər həftə keçiriləcək aksiyanın ilk ünvanı Hövsan qəsəbəsidir

“Azəriqaz” İstehsalat Birliyi yeni aksiyaya başlayır. Bu həftədən Birliyin səyyar qəbul otaqları fəaliyyət göstərəcək. Buna açıq mikrofon aksiyası da demək olar. Aksiya haqqında qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verir.

Sözügedən aksiyanın hər həftə müxtəlif ərazilərdə keçirilməsi nəzərdə tutulur. Konkret olaraq hər həftənin çərşənbə günü saat 10:00-dan 13:00-a kimi vətəndaşlar öz şikayətlərini əvvəlcədən elan olunmuş yerə gələrək canlı şəkildə çatdıra biləcəklər. İlk aksiyanın yerinə gəlincə...

Biz də REAL TV olaraq bu aksiyanı işıqlandıracaq və səsləndirilən şikayətlərin həlli istiqamətində aparılan işləri, onların nəticəsini tamaşaçılara çatdıracağıq.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər