Bir torpaq sahəsinə verilən iki sənəd - VİDEO

Bir torpaq sahəsinə verilən iki sənəd - VİDEO
Problem məhkəmə müstəvisində həllini tapacaq

Şikayətçimiz Novxanı qəsəbə sakini Vüqar Ağakişiyevdir. O, “Problem”ə dövlət tərəfindən aldığı pay torpağı ilə bağlı yaşanmış problemlə müraciət edib. Belə ki, Vüqar Ağakişiyev ona 1999-cu ildə verilmiş, 2013-cü ildə isə rəsmi çıxarışını aldığı əkin təyinatlı torpağın bir hissəsinin qonşu tərəfindən mənimsənilib satılmasından şikayətçidir.

Yəqin indi düşünürsünüz ki, vətəndaş niyə bu barədə məhkəməyə müraciət etməyib? O zaman açıqlayaq. Edib. Özü də iki il əvvəl, həm də iki məhkəməyə. Amma..

Süjeti hazırlayan müddətdə öyrəndik ki, nəhayət ki, məhkəmələrdən biri yekunlaşıb. Söhbət Sumqayıt İnzibati iqtisadi Məhkəməsindən gedir. Nəticə Vüqar Ağakişiyevin xeyrinədir. Yəni, qarşı tərəfə verilən çıxarış ləğv olunub. O ki qaldı prosesin niyə bu qədər uzanmasına və belə narazılıqların yaranmasına, onu Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli ilə müzakirə etdik.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər