Kənd sakinlərinin örüş problemi - VİDEO

Kənd sakinlərinin örüş problemi - VİDEO
Bələdiyyə sədri məsələyə aydınlıq gətirdi

Qubanın ucqar yaşayış məntəqələrindən olan Çiçi kəndinə sakinlərin şikayəti əsasında yollandıq.

Belə ki kəndin Raziyələr məntəqəsinin sakinləri örüş sahəsinin zəbt olunduğunu iddia edirlər. Onların sözlərinə görə, uzun illər örüş sahəsi kimi istifadə etdikləri ərazinin bir hissəsinə dirəklər basdırılıb. Ərazini kimin zəbt etməsi isə sakinlərə açıqlanmır.

ənd sakinləri deyir ki, əsas məşğuliyyətləri maldarlıqdı. Bu səbəbdən də örüş sahəsnin zəbt olunması onları çox narahat edir.

Məsələyə aydınlıq gətirən kənd bələdiyyəsinin sədri Arif Ömərov bildirdi ki, qeyd olunan ərazi zəbt edilməyib, 2006-cı ildə ondan əvvəlki bələdiyyə sədrinin dövründə bir vətəndaşa qanuni olaraq satılıb. Hətta həmin vətəndaşın buna dair sənədi də var. Torpaq sahibi o vaxt aldığı sahədən indi istifadə etmək qərarına gəlib.

Bələdiyyə sədri həmçinin qeyd etdi ki, sakinlərin məsələ ilə bağlı hər hansı narazılığı varsa məhkəməyə müraciət edə bilərlər. Bəli dəyərli sakinlər, bələdiyyə sədri problemə aydınlıq gətirdi. Bu sizi qane etmirsə yolunuzu məhkəməyə sala bilərsiz.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər