Güzəştli mənzillər satılacaq - VİDEO

Güzəştli mənzillər satılacaq - VİDEO
Layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir

Bu binalarda təqdim olunan 144 mənzilin hər biri tam təmirlidir. Mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Ərazidə yaşıllaşdırma və abadlıq işləri də görülüb, istirahət guşələri yaradılıb, həmçinin uşaqlar üçün basketbol meydançası istifadəyə verilib.

Güzəştli mənzillərin satışı 17 avqust tarixində başlayacaq və 24 avqustədək davam edəcək. Gözləmə qaydasında mənzillərin seçimi isə 20-24 avqust tarixlərində baş tutacaq.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Satış həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə həyata keçirilir.

Studio tipli mənzillərin qiyməti – 29 665 manat,1 otaqlı– 30 175 manat, 2 otaqlı– 48 110 manat, 3 otaqlı mənzillərin qiyməti –isıə 63 325 manatdır.

Bu günədək Mənzil İnşaatı Dövlət Agentliyi 6 layihənin icrasına başlayıb. Ümumilikdə 4662 mənzil rəsmiləşdirilib. Bunlardan 3152-si “Güzəştli mənzil” sistemi vasitəsilə, 1510-u isə dövlət sifarişi əsasında əldə olunub. Agentlik hazırda digər layihələrin icrasını da həyata keçirir.

Suraxanı rayonunda da 18,81 ha torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisinə başlanılıb. Həmçinin, 2021-ci ilin mart ayında Lənkəranda 1,5 hektar və Sumqayıtda 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdırılması məqsədi ilə Agentliyin sərəncamına verilib. Digər regionlarda da güzəştli mənzillərin tikintisinin həyata keçirilməsi məqsədilə müvafiq torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər