Əks göstəriş sertifikatları veriləcək - VİDEO

Əks göstəriş sertifikatları veriləcək - VİDEO
Bu sırada onkoloji xəstələr, allergiyası olanlar və hamilə qadınlar gəlir

Avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılır. Koronavirusla bağlı əks göstəriş sertifikatı vətəndaşlara xidmət sahələrindən istifadə etmək imkanı verəcək.

Mütəxəssislər bildirir ki, immun dipensant qəbul edən QİÇS-li, onkoloji , böyrək xəstələrinə, süd verən analara, hamilələrə, yaşı 18-dən aşağı olanlara COVID-19 vaksininin tövsiyə olunmur və həmin şəxslərə əks göstəriş sertifikatlarının veriləcəyi istisna edilmir.

Qeyd edək ki, bu sertifikatlar digər ölkələrə getməyə də imkan verəcək.. Allergiyası və həssaslığı olanlar, hamilə qadınlar, onkoloji və bu qrupdan olan digər insanlar yaşadıqları ərazidən arayış alaraq və Səhiyyə Nazirliyinin əsasında yaradılan komissiyalarda təsdiqləndikdən sonra əks göstəriş sertifikatı veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər