Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO

Əlillik pensiyası dayandırılan vətəndaş - VİDEO
Dtsera mövcud problemə aydınlıq gətirdi

Ağdam rayonunun Baharlı kəndindən olan şikayətçimiz Vidadi Ədilov oğlunun əlillik pensiyasının kəsilməsindən şikayətçidir.

Oğlu Ruslan Ədilzadə ilk baxışdan yaşca kiçik görünsə də, əslində 18 yaşın içindədir. Elə əlillik pensiyasını da məhz bu fərqliliyi yaradan xəstəliyə görə alıb. Həm də düz 13 il. Amma artıq 10 aydır ki, pensiya kəsilib. Çarəsiz qalan Vidadi Ədilov isə çıxış yolunu “Problem”ə üz tutmaqda görüb.

Ailənin maddi vəziyyətinə olduqca mənfi təsir göstərən bu qərarın verilmə səbəbini öyrənmək üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov müraciət etdik. Şöbə müdiri sözügedən vəziyyəti şərh edərək problemin həlli yolunu da göstərdi.

Bu izahdan sonra yəqin ki, Vidadi Ədilov da indi bu problemi necə həll etməli olduğunu bildi. Ümid edirik, yaxın zamanda problem keçmişdə qalacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər