Bakıda xəstə ağaclar kəsilib - VİDEO

Bakıda xəstə ağaclar kəsilib - VİDEO
Həmin ağacların yerinə yeniləri əkiləcək

Paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarin mütəxəssislərinin iştirakı ilə yaradılan xüsusi komissiya müəyyən edib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi göbələk xəstəliyinə tutulub. Xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.

Qeyd edek ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcək. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər