“Milli musiqi alətləri” adlı skayp-görüş keçiriləcək

“Milli musiqi alətləri” adlı skayp-görüş keçiriləcək
Tədbir Ukrayna Milli Uşaq Kitabxanası ilə birgə təşkil edilir

Bu gün saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli musiqi alətləri” adlı skayp- görüş keçirəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Real TV-yə verilən məlumata görə. Görüş Ukrayna Milli Uşaq Kitabxanası ilə birgə Novruz bayramı ilə əlaqədər təşkil edilir.

Tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq qurmaqla uşaqlara yeni dostlar qazandırmaq  və hər iki ölkənin qədim musiqi alətləri haqqında məlumatlandırmaqdır. Baş tutacaq skayp görüşdə, Azərbaycan Avropa liseyinin 5-ci sinif şagirdlərilə Ukrayna məktəbliləri arasında görüş nəzərdə tutulub. Görüşdə, hər iki tərəfin uşaqları milli musiqi alətləri ilə tanış olacaqlar.

Göruşdə, səfirliklərin nümayəndəsi, kitabxana əməkdaşları, musiqişünaslar, oxucular, Azərbaycan Avropa liseyinin şagirdləri, 7 və Georgi Şaroyev adına 35 saylı Uşaq Musiqi Məktəbinin tələbələri və.s qonaqlar iştirak edəcəklər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər