İynəli söz - narkomaniya (VİDEO)

İynəli söz - narkomaniya (VİDEO)
Respublika Narkoloji Mərkəzində 300-dən çox xəstə müalicə alır

Bu dəmir qapıdan sağlam çıxmaq üçün dəmir iradəyə sahib olmaq lazımdır. Özümdən asılı deyil. Qurbanını özündən asılı vəziyyətə salan narkotik maddə ona ilk olaraq bu etirafı etdirir. Hansısa səbəb yaxud bəhanələrin nəticəsində meydan çıxan narkoman kəlməsi də iki sözün bir-birindən asılılığıdır. Narkotika və mən. Zamanla narkotika məni özünün hissəciyinə bəlkə də sonluğuna çevirir. Vaxt keçdikcə bu bağ sətirdən sətirə keçməyəcək qədər möhkəmlənir. Narko hissəciyindən ayrılıb sadəcə mən kimi yaşamaq üçün iliklərinə işləmiş ağrılarla yaşamalı olurlar.

Hazırda Respublika Narkoloji mərkəzində 300-dən çox xəstə müalicə alır. Onların böyük əksəriyyəti isə 25-50 yaş aralığında olan şəxslərdir. 2020-ci ildə ölkə üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda alınanların sayı 33 788 nəfər təşkil edib. Onlardan 618 nəfəri qadındır. Statistikaya nəzər salaq görərik ki, 60-65 yaşı olan şəxslər də bu bəlanın qurbanına çevrilə bilirlər. Bu yaş kategoriyasından 1267 nəfər narkomanlıq diaqnozu ilə qeydiyyata alınıb.

Həkim Narkoloq Zamin Əliyev müalicəyə gələn xəstələrin dözülməz ağrılardan əziyyət çəkdiyini bildirir. Bütün bu ağrıların isə tək səbəbi narkotik maddənin bədənin orqanlarını sıradan çıxarmasıdır.

Mərkəzin Ambulator Reabilitasiya şöbəsində xəstələrin müalicəsinin daha effektiv aparılması üçün Könüllü məsləhət və müayinə kabineti yaradılıb.

Narkomaniya ilə mübarizə təkcə bu dəmir qapıların arxasında aparılmır. Bu bəlaya düçar olanların mübarizəsində ailələri və dövlət də onların yanındadır. Dövlət mübarizəni qanun çərcivəsində aparır. Cəmiyyəti bu ağ ölümdən qorumaq son 6 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2798 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Ailə isə bir gün o iynənin ucundakı işığın ocağına od kimi düşəcəyini ümid edir.Əgər istifadə etdikləri iynənin ucundan düşə biləcək işıq qədər ümid varsa onun arxasında getməyə dəyər. Əfsus narkotikanın onlara verdiyi müvəqqəti uçuş vədinin enişi bəzən torpağın dərin qatlarına olur. Sizin doğmalarınız sizi mən kimi gözləyir. Bütün hissəciklərdən arınmış, bütün maddələrdən təmizlənmiş mən kimi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər