Suraxanıda yollar təmir olunur - VİDEO

Suraxanıda yollar təmir olunur - VİDEO
Uzunluğu 18,5 km.olan küçə və yollarda yenidənqurma işləri aparılır

2021-ci ilin İnvestisiya proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir. Sözügedən rayonun Qaraçuxur qəsəbəsində 1 km uzunluğa malik Nizami İsmayılov küçəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunur. Küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Sonuncu mərhələdə isə avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq vətəndaşların istifadəsinə veriləcək.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun Suraxanı rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Xatırladaq ki, prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Suraxanı rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub.

REAL


 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər