Nübarlıların qubar olan problemləri - VİDEO

Nübarlıların qubar olan problemləri - VİDEO
Aidiyyəti qurumlar "Problem"ə açıqlama verib.

Ərazisinə görə Abşeron rayonunun ən böyük 5-cı qəsəbəsi olan, Bakıdan 54 Km aralıda Xəzər dənizinin sahilində yerləşən Nübar yaşayış massivinin sakinləri verilişimizə müraciət edib. Onlar yaşadığı qəsəbədə infrastrukturun olmamasından gileylənir. Sakinlər narahatlıqlarına səbəb olan problemi telefonlarının kamerasına çəkərək qaynar xəttimizə göndəriblər.

Nübar qəsəbə sakinlərini narahat edən məqamlarla bağlı suallarımızı aidiyyatı qurumlara yönləndirdik. Nübarlıların susuzluq problemini “Azərsu” ASC-nin mətbuat katini Anar Cəbrayıllı cavablandırdı.

Dediklərinə görə, artıq illərdir ki, nübarlıların dərdinə çevrilən yolsuzluq, həmçinin küçələrinin işıqlandırılmaması məsələsinə Hökməli Bələdiyyə Sədri Ramil Orucov aydınlıq gətirdi. Beləki, Nübar qəsəbəsi yeni yaşayış massivi olduğundan bu ərazininin abadlaşdırılması, infrastrukturun yaxşılaşdırılması mərhələli şəkildə həyata keçirilir. Bələdiyyənin daxili imkanlar hesabına bəzi abadlıq işləri görülüb, məhəllədaxili yollara çınqıl döşənib. Ramil Orucov yolların astfaltlanması ilə bağlı layihənin də hazırlanıb aidiyyatı quruma təqdim olunduğunu dedi. Dövlət tərəfindən vəsait ayrıldıqda Nubar və At yalı yaşayış massivlərini birləşdirən 2 km yaxın uzunluqda baş yolun asfaltlanması nəzərdə tutulub.

Belə. Biz də öz növbəmizdə yuxarıda sadaladığımız problemlərdən böyük əziyyət çəkən Nübar qəsəbə sakinlərinə onların tezliklə həll olunmasını, su həsrətlərini geridə qoymağı və nəhayət ki, yollarının asfaltlanması ilə ağ günə çıxacaqlarını arzu edirik.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər