93 mindən çox şəxsə sosial ödəniş elektron qaydada təyin edilib

93 mindən çox şəxsə sosial ödəniş elektron qaydada təyin edilib

Bu ilin yanvar-avqust aylarında 93 min nəfərdən çox şəxsə sosial ödənişin elektron qaydada təyinatı həyata keçirilib.

Bu barədə REAL-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumata görə, 17 min nəfərdən çox şəxsə pensiya, 75 min nəfərdən çox şəxsə isə müavinət və təqaüd elektron qaydada təyin edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər