"Gələcək üçün bacarıqlar” layihəsi - VİDEO

Layihə çərçivəsində "BOOTCAMP" tədbirinə start verilib

"Gələcək üçün bacarıqlar" çərçivəsində “Mentorun 48 saatı” adlı “Bootcamp” keçirilib

7 sentyabr 2021-ci il tarixində Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.

Öncə təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgi təşkil olunub.

Tədbirin birinci günüdə, həmçinin “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər təşkil olunacaq.

Günün sonunda iştirakçılar üçün film saatı reallaşdırılacaq.

Tədbirin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda Şamaxı Safari Parkına tur nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər