Milli maraqlar partiyalara bölünmür - REAL İNTERVYU

Milli maraqlar partiyalara bölünmür - REAL İNTERVYU
Zəfərdən sonra 45 siyasi partiyanın iştirakı ilə ilk görüş keçirilib

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda görüş keçirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib dövlət və qalib xalq olmağımızla Azərbaycan dövlətçiliyi tarixində mahiyyət etibarilə tamamilə yeni inkişaf mərhələsi başlayıb. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddət ərzində davam edən təcavüz və işğal siyasətinə son qoyulub.

Siyasi partiyalarla keçirilən görüşün əsas mahiyyəti milli birlik, siyasi birlik və bu birliyin sona kimi saxlanılmasıdır. Studiyamızın qonağı, həm də görüşdə iştirak edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdur.

Xoş gəlmisiz Abutalıb müəllim.

1. 45 siyasi partiyanın rəhbəri ilə növbəti görüş keçirildi. Bu həm də Zəfərdən sonra ilk görüş idi. Hansı məsələlər müzakirə olundu?

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən