İdmançılarımız Bakıda - VİDEO

İdmançılarımız Bakıda - VİDEO
MDB oyunlarında Azərbaycan Muay-Tay idman növü üzrə 4 medal qazanıb

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB oyunlarında Muay-Tay idman növü üzrə ölkəmizi təmsil edən idmançılar vətənə geri dönüb.

Azərbaycan yarışda 6 idmanç; ilə təmsil olunurdu, onlardan 2-i bürünc medal qazanıb, 2-i isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Federasiyada idmançılarla görüş keçirən Azərbaycanın Muay Tay-Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy idmançıları təbrik edərək, onların növbəti yarışlarda daha yaxşı nəticələr əldə edəcəklərinə ümid etdiyini bildirdi.

Qeyd edək ki, sentyabrın 4-dən 11-ə kimi Kazanda keçirilən birinci MDB oyunlarında Muay-Tay idman növü üzrə Azərbaycanı bir qız 5 oğlan idmançı təmsil edirdi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər