“Qarabağ“ “Neftçi“ni məğlub edib

“Qarabağ“ “Neftçi“ni məğlub edib

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun mərkəzi qarşılaşması keçirilib.

Trend xəbər verir ki, günün və turun son oyununda son çempion "Neftçi" klubu "Qarabağ" komandasını qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın yeni transferi İbrahima Vadji 21-ci dəqiqədə İsmayıl Züfüqarlının səhvindən sonra hesabı açıb. Seneqallı hücumçu 45-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.

İkinci hissəyə meydan sahibləri daha fəal başlayıb. "Neftçi"nin kapitanı Emin Mahmudov 47-ci dəqiqədə hesab arasındakı fərqi azalda bilib. "Ağ-qaralar" bir neçə dəfə təhlükəli qol epizodu yaratsalar da, istəklərinə çata bilməyiblər.

Bu nəticədən sonra xallarının sayını 7-ə çatdıran "Qarabağ" klubu "Qəbələ" ilə birlikdə ilk iki pilləni bölüşür. "Neftçi" isə 4 xalla 5-cidir.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər