Təhsil naziri Emin Əmrullayevlə MÜSAHİBƏ, VİDEO

Təhsil naziri Emin Əmrullayevlə MÜSAHİBƏ, VİDEO

Təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibə verib.

Müsahibəni təqdim edirik:

-Cənab nazir necə deyərlər zəng çalınır. Bu sualı Heminquey vermirdə mən verirəm. 

-Çox uzun bir müddətdən sonra Azərbaycan məktəbi ənənəvi olaraq, belə deyək ənənəvi tədris formatında dərslərə başlayır. Təbii ki. bu özü-özlüyündə həm əvvəlcədən böyük bir hazırlıq, həm də proses başlayandan sonra həm müəllimlərdən, həm valideynlərdən, həm tədrisin və təhsilin hissəsi olan şagirdlərdən böyük bir hazırlıq tələb edir. O cümlədən Təhsil Nazirliyindən və təhsil işçilərindən. Yəni biz tam hazırıq. Təbii ki, bu şəraitdə təhsilə başlamaq bir tərəfdən kifayət qədər böyük məsuliyyətdir. İctimai məsuliyyətdir. Yəni həm təhsil işçilərinin, həm ictimaiyyətin. Amma  ümidliyik ki. davamlı olaraq təhsilimizi bu tədris ilində arası kəsilmədən, davamlı olaraq sona çatdıracağıq. 

-Belə demək olarsa qapalı mühitdən çıxırıq, müsahibəmizi də elə açıq havada ona görə götürürük ki, bir növ ənənəvi təhsilimizə keçidimizin simvolik açarı da olsun. Bu baxımdan əvvəllər daha çox başqa məsələlərlə bağlı soruşardıq, yadınızdadırsa, sinif otaqlarından danışardıq, dərs ləvazimatlarından danışardıq, məktəb formasından danışardıq. Bunları deyirəm, elə bilki, bunlar hamıısı bizim eradan əvvəl olub. Amma indi təhsil işçilərinin vaksinasiyası barədə soruşmalıyam. Bu proses necə gedir?

-Çox düzgün qeyd edirsiniz çünki, bir tərəfdən dərslərin ənənəvi başlamasını əsas şərtləndirən səbəblərdən biri məhz vaksinasiyadır. Ötən il sentyabr ayında əgər biz vaksinləri gözləyirdiksə, qeyri-müəyyən bir situasiya ilə üzləşmişdiksə, hal-hazırda artıq müəllimlərimizin 80 faizi, hətta təhsil işçilərimizin daha doğrusu 80 faizindən çoxu vaksin vurub. 170 mindən artıq insandır. Bir qism insanın isə immunitet sertifikatları var, onlar yoluxublar, hələ vaksin vurmağa ehtiyacları yoxdur. Amma vuracaqlar. Başqa bir qism insanlar əks göstərişi olanlardır ki, onlar da vaksinlərdən azad olur. Kiçik bir sayda müəllimlərimiz və təhsil işçilərimiz qalıb ki, onlarla da bu iş davam edir və inanırıq ki, tədris ilinin əvvəlinə biz daha böyük rəqəmlərlə tədrisə bağllayacağıq. Amma bu bizim əsas belə deyək, göstəricimizdir. O mənada ki. nə qədər çox insan, tək təhsil işçiləri deyil, yəni valideynlərdə, yəni nə qədər çox vətəndaşımız vaksin olarsa, peyvəndləmə daha çox insanə əhatə edərsə bir o qədər tez biz pandemiyadan çıxmış olarıq. Həm təhsilimiz ənənəviyə qayıdar, həm həyatımız və rahatlaşar. Ona görə bu proses tək ayrı-ayrı adamların yox, dediyim kimi ictimai məsuliyyət tələb edir və hər bir vətəndaşın qatqısını, iştirakənə tələb edən bir prosesdir.

-Təsnifatınıza görə, bir qrup yaddan çıxdı. Bəzi müəllimlərimiz sadəcə qorxur. Bu müəllim peyvənddən qorxur cümləsinin arxa fonunu siz necə görürsünüz?

-İnandığım odur ki, qorxu insana xas xüsusiyyətdir, yəni hər bir insanın qorxusu var.

-Peyvənddən yox da amma.

-Xüsusilə qorxular qeyri-müəyyənliklərlə çox bağlıdır. Peyvəndlər ilk dəfə istifadə olunmağa başlayanda bu təqvim ilinin əvvəlində tək müəllimlər yox, insanların böyük bir hissəsi qorxurdu, ehtiyat edirdi belə deyək. Amma burda emosiyalar və elm mənə elə gəlir ki, bir-biri ilə daim mübarizədədir. Biz əgər statistikaya baxsaq 4 milyondan çox Azərbaycan vətəndaşı peyvəndlənib. 80 faizdən çox təhsil işçisinə peyvənd vurulub, bu mənada peyvənddən qorxmaq lazım deyil. Çünki, artıq yetərli, əsaslə say var ki, 4 miyondan çox insan peyvənd vurusa və daha təhlükəsiz yaşamağa davam edirsə yerdə qalan 20-30 faiz insanın da  inamla peyvən vurdurması və qorxusunun qarşısının alınması üçün artıq kifayət qədər böyük əsas var. Düşünürəm bütün dünyada və ölkəmizdə belədir. Müəllimlərimizin mənə elə gəlir bir qisminin bu istiqamətdə daha çox yenə də ünsiyyətə, daha çox inandırmağa ehtiyacı var, amma inandığımız bundan ibarətdir ki, bəli hələ əks göstəriş yoxdursa, müəllim peyvən vurmalıdır, 18 yaşından yuxarı hər kəs peyvəndlənməlidir. Bu həmin adamın yalnış şəxsi işi deyil, insan ictimai bir yerdədir, məktəbin içindədir, digər insanların. Məktəblər seçimə bağlı olan bir yer deyil. Yəni ola bilər ki, biz restorana, yaxud da ictimai iaşə obyektinə öz seçimimizlə bağlı gedirik. Peyvənd vurmuruq getmirik. Yaxudda mollara, ticarət mərkəzinə peyvənd vurmayıb getmiyə bilərik, seçimə bağlıdır. Amma məktəb bu gün Azərbaycanda icbaridir. Uşaqlara dəsr demək müəllimlərimizin vəzifə, həm də mənəvi borcudur. Məncə emosional məsələləri kənara qoyub tədricən, həkimlərimizin, tibb işçilərimizin qərarıa əsasən insana peyvən vurulmamalıdırsa bu vurulmamalıdır, sualda doğurmur. Amma mən peyvənd vurdurmaq istəmirəm deyib prosesi ləngitmək, müəyyən mənada əvvəldə qeyd elədiyim kimi ictimai məsuliyyət məsələsini bir daha düşünməyə və onun üzərindən bir daha keçməyə hər bir müəllimim, xüsusilə də müəllimlərimiz üçün önəmlidir. 

-Özüdə, qələbə milləti, qələbə dövləti və qorxu. Bunlar bir-birini tam rədd edir. Yeri gəlmişkən "Zəfər tarixi" tədris olunacaq bu ildən. Necə olacaq bu proses?

Bu il ilk tədris ilidir ki, Azərbaycan məktəbləri, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir şəraitdə başlayır və gənclərimizə, şagirdlərimizə, uşaqlarımıza "Zəfər tarixi"ni tədris etmək və məhz bu səbəbdən biz bu tədris ilini "Zəfər ili" adlandırırıq. Əvvəlki illər sağlamlıq ili, keyfiyyət ili, “İnformasiya-kommunikasiya texnologiyaları ili” və s illər olub. Məktəbimizin, müəllimimizin, valideynimizin, ictimaiyyətimizin qarşısında böyük bir hədəf durur ki, Azərbaycan Ordusunun, Ölkə rəhbərliyinin əldə etdiyi bu zəfəri gələcəkdəki inkişafımıza necə yönləndirə bilərik, çünki artıq biz zəfər qazanmış xalqıq. Zəfər qazanmış xalqın məktəbi də fərqlidir, onun məzmunu da fərqlidir. bu mənada istəyərdim 2 məsələni qabardım. Bir bizim "Zəfər tarixi" dərsliyimiz artıq ilk dəfə 9-cu siniflərdə Azərbaycan dilində tədris dilindən asılı olmayaraq Azərbaycan, Rus və digər dillərdə tədris olunan siniflərdə Azərbaycan dilində tədris olunacaq. Biz düşündük ki, "Zəfər tarixi"ni Azərbaycan dilində tədris etmək daha düzgündür. Eyni zamanda "Zəfər tarixi" yalnız 44 günlük Vətən Müharibəsini deyil, bizim 44 günlük Vətən Müharibəsindən əvvəl, zəfərə gəldiyimiz yolu, ondan öncəki Qarabağ tarixini və ümumiyyətlə zəfərdən sonrakı, ən yeni tariximizi gənclərimizə, şagirdlərimizə çatdıraq. Bu birinci hissə, ikinci hissə, il ərzində yəqin ki, zəfərlə bağlı bir çox müsabiqələr, yarışlar, yəni şagirdlərin məktəbdən kənar, hər bir fəaliyyətimizin zəfərə bağlı olduğunu, gələcəkdə məhz bu zəfərdən bir yeni yola çıxdığımızı ifadə etmək istəyirik şagirdlərimizə. Birinci tədris dərsləri də məktəblərimizdə məhz zəfər tariximizə, 44 günlük vətən müharibəsinə, Azərbaycan Ordusunun, Azərbaycan Ordusunun Ali Baş Komandanıının uğurlu siyasətinə həsr olunacaq, bu istiqamətdəki nəaliyyətlərimizə həsr olunacaq. İnanırıq ki, dediyimiz ki, bu bir dönüş nöqtəsi olmağa bizə imkan yaradacaq. Həm müəllimimizə, həm şagirdimizə, ümumiyyətlə cəmiyyətimizə. Gələcəkdə təbii ki..

-Azərbaycan dilinin tədrisinin artırılması da nəzərdə tuutulur. Bu nə ilə bağlıdır?Bu hansısa sualın cavabıdır, yoxsa hansısa cavablar üçün sual?

-Burda birinci hər bir xalqın, millətin, yəni dövlətin dili, onun mədəniyyətinin böyük bir hissəsidir, onun milli kimliyinin böyük bir hissədir. Ümumiyyətlə bilirsiniz ki, Azərbaycanda Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə bu günə qədər tədris edilib. Bu istiqamətdə bir nəaliyyətlər var, dərsliklər var, müəllimlər var, yəni qətiyyən bu anlama gəlməməlidir ki, biz başqa dillərin tədrisinin əleyhinəyik, əksinə Təhsil Nazirliyi olaraq Azərbaycanda bir neçə dildə tədrisin təşkili məncə Azərbaycan Təhsil Sisteminin uğurudur. Həm Azərbaycan dilidə, həm rus dilində, həm inqilis dilində özəl sektorda, həm gürcü dilində, həm digər milli azlıqların dili Azərbaycanda tədris olunur müxtəlif bölgələrdə. Bu bizim uğurumuzdur. Bizim bu uğurdan kənara getmək kimi fikrimiz yoxdur. Ona görə istəməzdik ki, bu anlaşılmaz şəkildə izzah edilsin. Yenə də Azərbaycanın mili adət ənənələri, Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı, bu gündə inkişaf elətdirdiyi dəyərlər, düşünürəm əvvəldə biz bu barədə danışmışdıq Azərbaycan şagirdinin tədrisində, təlimində mərkəzi yer tutmalıdır. Dil faktoru olaraq biz bu istiqamətdə saatların artırılması ilə bağlı bu il qarar vermişik. Azərbaycan dili saatları tədris qeyri dillərdə təşkil olunan siniflərdə təxminən iki dəfə artırılıb. O cümlədən "Zəfər tarixi" dərsliyi Azərbaycan dilində tədris ediləcək. Bu istiqamətdə yəqin ki, biz davam edəcəyik. Məsələn musiqi dərsliyində mahnıların sözlərinin başqa dilə tərcüməsi bir o qədər məntiqli görünmür. Azərbaycan xalq mahnıları yaxşı olardı Azərbaycan dilində oxunsun. Yalnız dil deyil, müsiqidir, mədəniyyətdir, milli dəyərdir və s. Eyni zamanda onu qeyd etmək istərdim ki, məsələnin ikinci tərəfinə gəlsək, biz həqiqətən də bəzi hallarda müşahidə edirik ki, Azərbayacan məktəbinin, düzdün bu saylar azdır, 1 faiz də deyil, 0,1-0,5 fazidən danışırıq. Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili dövlət dili imtahanından aşağı bal yığan məzunlarımız var. Bunun belə olmamalı olduğuna inanırıq. Yəni fərqi yoxdur tədris hansı dildə Azərbaycan məktəbinin, tədrisin müxtəlif dillərdə tədris olunması bizim üçün böyük uğurdur. Bu uğuru biz davam edəcəyik. Amma Azərbaycan dilini bilmək Azərbaycan vətəndaşının, Azərbaycan məktəbini bitirən hər bir məzunun düşünürən ki, mənəvi borcudur. Məktəbin, Təhsil Nazirliyinin mənəvi borcudur. Məqsədimiz dili daha yaxı öyrənmək, daha doğru, düzgün o dildən istifadə edib, öz fikirlərini ifadə etmək, bir-birimizi daha yaxı başa düşmək baxımından düşünürəm ki, bu faydalı qərardır, ictimaiyyət də bunu müsbət qarşılayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər