Səyyad Əlizadə koronavirusa yoluxub, süni nəfəs aparatına qoşulub

Səyyad Əlizadə koronavirusa yoluxub, süni nəfəs aparatına qoşulub

Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.

Bunu "Report"a açıqlamasında müğənninin qohumu Razim Qarayev deyib.

O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşıb. Axşam təcili yardım çağırmışdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Xızı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda reanimasiya şöbəsindədir və süni nəfəs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər