Azərbaycan dilinin tədrisi artırılacaq - VİDEO

Azərbaycan dilinin tədrisi artırılacaq - VİDEO
Nazir: İmtahanlarda Azərbaycan dili fənnindən aşağı bal yığan məzunlar var

Təhsil naziri Emin Əmrullayev REAL TV-yə eksklüziv müsahibəsində məktəblərdə Azərbaycan dilinin tədrisinin artırılması ilə bağlı məsələyə aydınlıq gətirib.

Bildirib ki, hər bir millətin, xalqın və dövlətin dili onun mədəniyyətinin, milli kimliyinin bir hissəsidir. Ölkədə hər bir məktəbdə dövlət dili kimi Azərbaycan dili tədris edilir.

Nazir qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili fənnindən aşağı bal yığan məzunlar var. Onların sayı çox az olsa da tədrisin hansı dildə təşkil olunmasına baxmayaraq göstərici bu cür olmamalıdır. Azərbaycan dilini bilmək məktəbi bitirən hər bir məzunun, məktəbin və Təhsil Nazirliyinin mənəvi borcudur. Bu dili daha yaxşı öyrənmək, ondan düzgün şəkildə istifadə etmək baxımından tədrisin saatının artırılmasını ictimaiyyət müsbət şəkildə qarşılayacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər