Ölkədə heyvanlar qeydiyyata alınacaq - VİDEO

 Ölkədə heyvanlar qeydiyyata alınacaq - VİDEO
Onların identifikasiyası ilə bağlı proqram təminatı hazırlanır

Azərbaycanda heyvanların qeydiyyata alınması və identifikasiyası ilə bağlı proqram təminatı hazırlanır və onun sınaqdan keçirilməsinə bu ilin noyabr, dekabr aylarında başlanılacaq.

Bunu REAL TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri Qalib Əbdüləliyev bildirdi.

Onun sözlərinə görə, yaradılmış proqram təminatı sınaqdan keçirilən zaman ilkin olaraq heyvanların qeydiyyata alınması Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində aparılacaq.

Müsahibimiz ölkəyə idxal olunan hər bir heyvanın baytarlıq sertifikatına onun qeydiyyat nömrəsinin əlavə olunacağını da qeyd etdi.

Qalib Əbdüləliyev 2025-ci ilə kimi ölkənin hər yerində və bütün heyvanlar üzrə prosesin aparılmasının nəzərdə tutulduğunu da söylədi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər