Sumqayıt Olimpiya Kompleksində vəziyyət - VİDEO

Sumqayıt Olimpiya Kompleksində vəziyyət - VİDEO
İdman kompleksində 10-dan çox idman növü üzrə məşqlər keçirilir

10 İldən artıqdır ki,fəaliyyət göstərən Sumqayıt Olimpiya kompleksinin hazırki vəziyyəti ilə tanış oolmaq üçün kompleksin yolunu tutduq.

10-dan çox idman növü üzrə məşqlər keçirilir. Sumqayıtda idmana marağı nəzərə alaraq 2011-ci ildə müasir standartlara cavab verən bu kompleks istifadəyə verilib.

Kompleksdə daxil olarkən ilk olaraq, burada göstərilən xidmətlər barədə yazı gözümüzə sataşdı.

Kompleksdə adi bir gündür. Bütün idman növləri üzrə qruplar öz məşqlərinə tələsir. Pandemiya müddətində bu obyektlərin qapalı olması, sanki insanların marağını idmana bir qədər də artırıb. İlk olaraq kompleksin 1-ci mərtəbəsində gimnastların məşqinə şahid oluruq. Məşqçi Fatimə xanım son illərdə valideynlər xesusilə uşaqlarını gimnastikaya yönləndirirlər.

İdmanda ilk addımlarını Sumqayıt Olimpiya kompleksində atan Namiq Abaslı,bu il keçirilən Tokio Paralimpiya oyunlarının bürünc medalını qazanıb.

Hazırda elə bu kompleksdə də müəllim kimi fəaliyyətinə davam edir.

“Sözsüz ki, 10 ildir fəaliyyət göstərən kompleksin bu günkü vəziyyətinin qorunub saxlanılması asan deyil. Kompleksin direktoru Natiq Əliyev deyir ki, idmanın kütləviliyini artırmaq üçün əllərindən gələni edirlər”, - Əməkdar məşqçi Azad Zahidov deyib.

Qeyd edək ki, ölkədə ümumilikdə 50-yə yaxın idman olimpiya kompleksi var. Bütün bu komplekslərin tikilməsində məqsəd, ayrı-ayrı rayon və şəhərlərdə olan idmançılarının öz peşəkarlığını artırmasıdır. Ümid edək ki, istifadəyə verilmiş, lakin baxımsız qlan digər olimpiya komplekslərində də həyat öz axarına qayıdar.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər