Pirşağı qəsəbəsinə su xətti çəkilir - VİDEO

Pirşağı qəsəbəsinə su xətti çəkilir - VİDEO
Əhali yeni mənbə hesabına keyfiyyətli su ilə təmin olunacaq

Sabunçu rayonunun Pirşağı qəsəbəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb. Qəsəbədə yeni mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Qeyd edək ki, Pirşağı qəsəbəsində indiyədək mərkəzləşdirilmiş su təchizatı sistemləri mövcud olmayıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına 2011-2020-ci illərdə Pirşağı qəsəbəsində bir neçə kiçik layihələr həyata keçirilsə də, bəzi ünvanların su təminatında çətinliklər yaşanıb.

Hazırda Ceyranbatan-Maştağa su kəmərindən qəsəbəyə iki istiqamətdə - ümumilikdə 2.4 km uzunluğunda magistral su xəttləri çəkilir. Sakinlər yeni mənbə hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunacaq.

Magistral su xətti istifadəyə verildikdən sonra əhali tərəfindən fərdi qaydada çəkilmiş, tikinti normalarına cavab verməyən və artıq istismara yararsız vəziyyətdə olan qəsəbədaxili köhnə xətlərin də yenilənməsinə başlanılacaq.
Hazırda Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında da içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr icra olunur.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər