Rəcəb Tayyib Ərdoğan serbiyalı spikeri qəbul edib

Rəcəb Tayyib Ərdoğan serbiyalı spikeri qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Xalq skupşinasının (birpalatalı parlament) spikeri İviç Daçiçi qəbul edib.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Məlumata görə, görüş Ankarada Prezident sarayında baş tutub.

Qeyd edilir ki, danışıqlar bağlı qapılar arxasında keçirilib.

Görüşdə həmçinin Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop da iştirak edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər