Afrikada peyvənd çatışmazlığı

Afrikada peyvənd çatışmazlığı

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 peyvəndinin təxminən 30% -ni fevral ayına qədər Afrikaya çatdıracağını açıqlayıb.

ÜST-nin baş direktoru Tedros Ghebreyesus, zəngin və kasıb ölkələr arasında peyvənd nisbətlərindəki böyük fərqləri həll edilə bilən bir problem adlandırdı və dərman şirkətlərini peyvəndləri qlobal miqyasda ədalətli paylamaq üçün BMT-nin Covax mexanizminə üstünlük verməyə çağırıb.

Tedros keçən həftə, zəngin ölkələrdən ilin sonuna qədər əhaliyə 3-cu dozaların vurulmasını təxirə salmağı istəyib.

İsrail, Fransa və Almaniya da daxil olmaqla ölkələr artıq müəyyən insanlara üçüncü doza verməyə başladılar.

ABŞ –da bu həftə ərzində 3-cu dozanın əhaliyə titbiq edilməsi mövzusunu müzakirə edəcək. Bu günə qədər Afrika peyvənd vurulan insanların sayı 4 faiz təşkil edir.

Dünya miqyasında tətbiq olunan 5,7 milyard vaksin dozasının çoxu yalnız 10 zəngin ölkənin payına düşür.

Afrika İttifaqının COVID-19 peyvəndi üzrə nümayəndəsi Strive Masiyiwa, Afrikada peyvənd istehsalına icazə vermək üçün ixrac məhdudiyyətlərinin və əqli mülkiyyət hüquqlarının aradan qaldırılmasını istədi.

İyun ayında ÜST və tərəfdaşlar peyvəndlərin istehsalı Cənubi Afrikada mərkəz açdılar, lakin dərman şirkətlərdən heç biri peyvəndlərin hazırlanması proseduruna dair məlumatı paylaşmağa razı olmayıb.

REAL
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər