Nuru Paşa və əsgərləri anıldı - VİDEO

Nuru Paşa və əsgərləri anıldı - VİDEO
Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü İstanbulda qeyd edildi

1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksi ziyarət olundu.

Anım mərasimində Bakının və Azərbaycanın bir çox bölgəsinin erməni işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin ruhuna dualar oxundu və bildirildi ki, Qafqaz İslam Ordusunun qardaşlıq köməyi heç vaxt unudulmayacaq və Azərbaycan xalqı tərəfindən hər zaman xatırlanacaq.

Qeyd edək ki, Osmanlı Ordusu Bakının azad olunması üçün keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verib. 1918-ci ildə Bakının azad edilməsi tarixin ən böyük zəfərlərindən biri adlandırılıb. Aradan uzun illərin keçməsinə baxmayaraq,

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər