Qusarın Urva kəndi su ilə təmin edilib - VİDEO

Qusarın Urva kəndi su ilə təmin edilib - VİDEO
Dağlıq ərazidəki yaşayış məntəqələrinə ilk dəfə suvarma suyu verilib

Qusar rayonunda da əkin və bağ sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qusar rayon Suvarma Sistemləri İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində rayonun dağlıq yaşayış məntəqələrindən olan Urva kəndi ilk dəfə olaraq suvarma suyu ilə təmin edilib. Bu məqsədlə Urva elektrik nasos stansiyası istifadəyə verilib. Bir aqreqatlı nasos vasitəsi ilə Cağar-Cibir kanalından götürülən su ilk olaraq kənd ərazində yaradılan gölə ötürülür, daha sonra isə durudularaq torpaq mülkiyyətçilərinin istifadəsinə verilir. Həçminin həmin sudan suvarma ilə yanaşı içməli su kimi də istifadə edilir.

Yeni istifadəyə verilən nasos stansiyası kənd sakinlərinin böyük sevincinə səbəb olub. Uzun illər həm suvarma həm də içməli su sarıdan böyük əziyyət çəkən Urva sakinləri indi bol məhsul yetişdirəcəklərini bildirirlər.

Rayon ərazisində görülən meliorativ tədbirlərdən biri də sahilbərkitmə işləridi. Hazırda rayon Suvarma Sistemləri İdarəsi tərəfindən həm Qusar şəhəri həm də Qayakənd kəndi ərazisində bəndvurma işləri görülür. Məqsəd yaşayış məntəqələrini sel sularından mühafizə etməkdi.

Qeyd edək ki, Qusar rayonunda 29 min 300 hektar suvarılan ərazi mövcuddur. Bu sahələr 1579 km uzunluğunda olan kanallar vasitəsi ilə suvarılır. Hazırda bağ və əkin sahələrinin su təminatının yaxşılaşdırılası məqsədi ilə rayonun Kuzunqışlaq kəndində elektrik nasos stansiyası inşa edilir. Nasos stansiyası istifadəyə verildikdən sonra qeyd olunan ərazidə suvarma təminatı nəzərəçarpacaq dərəcədə yaxşılaşacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər