Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB 2, VİDEO

Yaqub Zurufçu dəfn edilib - YENİLƏNİB 2, VİDEO
Əməkdar artist “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

REAL xəbər verir ki, sənətkar Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılıb.

Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib

***

13:09

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun cənazəsi “Qurd qapısı” qəbiristanlığına gətirilib.

Y.Zurufçu mərhum Xalq artistləri Arif Quliyev və Rafiq Hüseynovun (Rəmiş) yanında torpağa tapşırılacaq.

Dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak edirlər.

***

12:42

Müalicə olunduğu xəstəxanada vəfat edən Əməkdar artist Yaqub Zurufçunun nəşi ailəsinə təhvil verilib.

APA-nın verdiyi məlumata görə, hazırda 1 Saylı Şəhər Klinik Xəstəxanasının həyətində onunla vida mərasimi keçirilir.

Mərasimdə mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.

Xatırladaq ki, koronavirusa yoluxan Əməkdar artist dünən vəfat edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər