Beynəlxalq faktaraşdırıcı missiya Bakıda (VİDEO)

Beynəlxalq faktaraşdırıcı missiya Bakıda (VİDEO)
Türkiyə, Pakistan və İƏT-in Ombudsmanları Qarabağa gedəcəklər

“Bu gün Bakının azadlığa qovuşduğu gündür. 103 il əvvəl Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu bu torpaqlara gələrək Azərbaycanın igid və vətənpərvər övladları ilə birlikdə Bakını işğaldan azad ediblər".

İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında belə deyib.

Şərəf Malkoç Qarabağ zəfərindən sonra da bu torpaqlara sülh və əmin-amanlıq gələcəyindən əminliyini ifadə edib.

Ombudsman Səbinə Əliyeva beynəlxalq nümayəndə heyətinin səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyini bildirdi.

Pakistan Ombudsmanının müşaviri Muhammad Javed Ghani isə ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində işlərin görüldüyünü əlavə etdi.

Qeyd edək ki, beynəlxalq nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizdə faktaraşdırıcı missiya aparılması məqsədilə ölkəmizə səfərə gəlib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər