Təhsil işçiləri üçün səyyar vaksinasiya (VİDEO)

Təhsil işçiləri üçün səyyar vaksinasiya (VİDEO)
Bakı şəhəri üzrə 5 məntəqədə səyyar vaksinasiya aparılır

Baş çəkdiyimiz məntəqə Nizami rayon 129 nömrəli tam orta məktəbi oldu. Burada vaksinasiya prosesi 09-00-dan 16-00-dək davam etdirilir. Gün ərzində istənilən rayondan bura müraciətlər olunur.

Vaksin vurulacaq təhsil işçiləri sosial məsafəni saxlayaraq peyvənd olunacaqları vaxtı gözləyirlər. Daha sonra tibbi müayinədən keçərək, qeydiyyata alınır və peyvəndlənmə prosesi həyata keçirilir.

Xatırladaq ki, təhsil işçilərinin 82-83 faizdən çoxu peyvəndlənmə prosesindən keçib. Səyyar peyvəndlənmə vaksinasiya məntəqələrinin artırılmasına şərait yaradır. Bu isə prosesin sürətlənməsinə və vaksin olunan tibb işçilərinin sayının artmasına xidmət edir.

Qeyd edək ki, sentyabrın 22-də ümumtəhsil müəssIsələrində aşağı sinif şagirdləri, sentyabrın 29-da isə orta və yuxarı sinif eləcə də ali və orta ixtisas təhsil müəssisələrinə ənənəvi təhsil bərpa olunacaq.

Digər xəbərlər
Bu gün
Dünən