DYP-dən vətəndaşlara müraciət - VİDEO, YENİLƏNİB

DYP-dən vətəndaşlara müraciət - VİDEO, YENİLƏNİB
"Qarabağ" - "Bazel" oyununa görə bəzi yerlərdə hərəkət məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi idarəsi sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu ilə bağlı sürücülərə və vətəndaşlara müraciət edib.

Qurumdan REAL-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sabah Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı -Olimpiya Stadionu istiqamətində, Heydər Əliyev prospektindindən hərəkət edən sürücülərin isə 5 saylı "ASAN Xidmət"in yanından hərəkət məhdudlaşdırılacaq:

"Vətəndaşlardan stadiona nəqliyyat vasitələri ilə gəlməmələri və ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunub. Eyni zamanda pandemiyanın davam etdiyini nəzərə alaraq xüsusi karantin qaydalarına əməl etməl etməlidirlər.

Sürücü və vətəndaşlardan xahiş edirik " Koroğlu" metrostansiyasının yanından təhlükəsiz piyada keçidi ilə daxil olsunlar."-deyə məlumatda qeyd olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər