Azadlığın 103-cü payızı - VİDEO

Azadlığın 103-cü payızı - VİDEO
Nəsiman Yaqublu: Bakıda böyük dövlətlərin böyük marağı var idi

Azərbaycanın İstiqlalı 1918-ci il mayın 28-də sözlə elan edilmişdisə bu sentyabrın 15-də əməli şəkildə özünü göstərdi.Bakı uğrunda mübarizəyə isə sadəcə bir şəhərin azad edilməsi kimi yanaşılmamaılıdır.Çünki burada böyük dövlətlərin elə ən azı özləri boyda maraqları var idi.

Küləklər şəhərinin üzərindəki qara buludları qovmaq isə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusu tərəfindən mümkün oldu.

103 il keçməsinə baxmayaraq qardaş Türkiyə hələdə qardaş Azərbaycandan öz dəstəyini əsirgəmir.

İşğal altında olan torpaqlarının azadlığı uğrunda 2020-ci ilin sentyabrın 27-də başlatdığı Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana mənəvi və siyasi dəstəyini göstərdi. Azərbaycanın mədəniyyət paytaxtında iki ölkə arasında imzalanan Şuşa bəyannaməsi bu münasibətləri de fakto sənədlər üzərində rəsmiləşdirdi.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər