Benzinin bahalaşmasının səbəbi açıqlandı - VİDEO

Benzinin bahalaşmasının səbəbi açıqlandı - VİDEO
İdxal olunan ölkələrdə qiymət artımı Azərbaycanda qiymətlərə təsir edib

Premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

“Aİ-95” premium və “Aİ-98” super markalı benzin Azərbaycanda istehsal olunmadığından xarici ölkələrdən idxal edilir. Məhsulun bu ölkələrdə qiymət artımı onun idxal dəyərinə və respublikamızdakı satış qiymətinə də birbaşa təsir edir.

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1,45 AZN, “Aİ-98” super markalı benzinin qiyməti 1,60 AZN təşkil edirdi.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər