Sığorta pulu almaq istəyən veteran - VİDEO

Sığorta pulu almaq istəyən veteran - VİDEO
Sığorta eksperti: Bu məsələdə sənədləşmə ilə bağlı problem yoxdur

Vüqar Qasımov Birinci Qarabağ müharibəsi veteranı və ikinci qrup əlilidir. 1991-1992-ci illərdə Qazax cəbhəsində döyüşərək, elə orada da yaralanıb. Ayağından güllə yarası alan Vüqar müəllim, hələ də həmin yaranın izlərini daşıyır.

Vüqar müəllim deyir ki, müharibədə səhhətinə dəydiyi ziyana görə ona sığorta verilməli olduğunu çox gec öyrənib. Elə öyrənəndən sonra da bununla bağlı əlaqədar təşkilata – Dövlət Sığorta Kommersiya Şirkətinə, daha sonra isə məhkəməyə müraciət edib. Məhkəmədə qalib də gəlib. Bu gün Vüqar müəllim təkcə öz adından yox, məhkəmədə xeyirlərinə qətnamə qəbul edilmiş bir neçə veteran dostunun adından çıxış edir. Yeri gəlmişkən, bu veteranlar həm də qonşudurlar. Hökumət tərəfindən onlara eyni binadan mənzillər verilib.

Vüqar müəllimin və onun kimi veteranların sığorta pulu ilə bağlı probleminin nə zaman həll olunacağına gəlincə, bunu sığorta üzrə ekspert İlkin İbrahimovla müzakirə etdik. Ekspert problemin yaranma səbəbini və həllinin necə olacağını izah etdi.

Beləliklə, veteranlarımızdan daha bir neçə ay səbr etmələrini xahiş edirik.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən