Şəhər sakinlərinin qaz problemi - VİDEO

Şəhər sakinlərinin qaz problemi - VİDEO
"Azəriqaz" istehsalat birliyi problemə aydınlıq gətirdi

Bəli vətəndaşın dediyi kimi şəhərin mərkəzində ucqar kənd həyatını yaşamaq özü ayrı iztirabdı. Lakin Xudat şəhərinin yeni yaşayış massivinin sakinləri istəməsələr belə bu əziyyəti çəkməyə məcburdurlar. Səbəbsə onların yaşadığı ərazidə təbii qazın olmamasıdır.

Şiyatətçi sakinlər bildirir ki, massivdə bəzi ailələr öz hesablarına mənzillərinə qaz çəkdiriblər. Lakin 100-ə yaxın sakin hazırda yanacaq mənbəyi kimi odundan istifadə edir. Əslində onlar da şəxsi vəsaitləri hesabına qaz xətlərini çəkməyə cəhd ediblər amma bunun üçün tələb olunan məbləğ imkanları xaricindədi.

Xudat sakinlərinin qaz problemi ilə bağlı Azərqaz İstehsalat Birliyinə müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd etdiki, ölkədə qazlaşma prosesi mərhələli şəkildə davam etdirilir. Xudat şəhərinin yeni yaşayış massivi də daxil olmaqla bütün yaşayış məntəqələri 2023-cü ilə kimi təbii qazla təmin ediləcək.

İndi Xudat şəhər sakinlərinə 1 ildə səbirli olmaq düşür. Əsas odur ki, sonda problem müsbət həllini tapsın.

REAL



 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən