A.Bayramov: “Bu ilin 8 ayı ərzində 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib“

A.Bayramov: “Bu ilin 8 ayı ərzində 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib“

Əlillik təyinatı prosesinin vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilir. 

REAL xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə  dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edildilib: 

"O cümlədən 11 min şəxsə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib. Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb". 

Agentlik sədri qeyd edib ki, yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib.

Digər xəbərlər
Bu gün
Dünən