Postmüharibə dövründə 1500 qaziyə reabilitasiya müəssisələrində xidmətlər göstərilib

Postmüharibə dövründə 1500 qaziyə reabilitasiya müəssisələrində xidmətlər göstərilib

"Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların artıq 1750 nəfərinə əlillik təyinatı aparılıb".

REAL xəbər verir ki, bu sözləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.
 
Sədr qeyd edib ki, dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır:

"Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri il birgə müvafiq ölçülər götürülüb".

DTSERA-nın sədrinin sözlərinə görə, yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən