Yüksək Liqanın püşkü atıldı - VİDEO

Yüksək Liqanın püşkü atıldı - VİDEO
Ölkə çempionatı 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq

Bu gün futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümünün püşkü atılıb. 8 komandanın iştirakı ilə reallaşacaq yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq kollektivlər pley-off-da oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşacaq klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyuna çıxacaqlar.

Federasiyanın Mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov, həmçinin oyunların Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara əsasən keçiriləcəyini deyib.

Qeyd edək ki, ilk turda çempion “Araz-Naxçıvan” “Record club”la üz-üzə gələcək. Turun mərkəzi görüşündə “Neftçi” İK EKOL-la münasibətləri aydınlaşdıracaq. Bundan başqa Lənkəranın “Alyans” komandası “Baku Fire”la, “Xilə” isə U-19-la qarşılaşacaq. Yeni mövsümə oktyabrın 1-də start veriləcək. Oyunlar həftənin cümə günləri keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən