Çörəyin qiymətinin bahalaşma səbəbi - VİDEO

Çörəyin qiymətinin bahalaşma səbəbi - VİDEO
Bahalaşmaya xammalın və daşınma xərclərinin artımı təsir edib

Qiymət artımı çörək növlərindən asılı olaraq, 5-10 qəpik civarındadır.

Market sahibləri də çörəyin qiymətindəki bahalaşmanı təsdiqlədi, hətta bununla bağlı çörək şirkətlərinə öz iradlarını bildirənlər də var.

Çörək zavodunun satış müdiri Rahim Nizaməddinov bildirdi ki, bahalaşmaya səbəb məhsulun hazırlanmasında istifadə edilən məmulatların və daşınma xərclərinin artmasıdır. Qeyd etdi ki, Hazırda şirkətdə 700-ə yaxın işçi çalışır və ixtisara getməmək və digər problemlərlə üzləşməmək üçün 7-8 faiz civarında qiymətləri qaldırmağa məcbur olduq.

Qiymətində heç bir dəyişiklik edilməyən zavod çörəklərinin istehsalçıları isə bildirdilər ki, unun qiymətində kəskin artım olduğu təqdirdə bahalaşmanı istisna etmirlər.

Qeyd edək ki, Nazirlər Kabineti buğda və unun qiyməti ilə bağlı qərar verib. “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər