Yeni məktəb binasının açılışı olub - VİDEO

Yeni məktəb binasının açılışı olub - VİDEO
Sündi kəndində 100 illik məktəb binası yenisi ilə əvəzləndi

Qobustanın Sündi kəndində yeni məktəb binasının açılışı olub. 360 şagird yerlik müasir məktəb binası yeni tədris ilindən istifadəyə veriləcək.

Açılış mərasimində iştirak edən rayon və Təhsil Nazirliyinin rəsmiləri məktəb binası ilə tanış olublar.

Qeyd edək ki, buna qədər Sündi kənd Tam orta məktəbi 100 öncə inşa olunmuş binada fəaliyyət göstərib. Həmin bina yararsız vəziyyətdə olduğu üçün müəllim və şagird heyəti bir sıra problemlər yaşayıblar. Köhnə məktəbdə təhsil alan şagirdlər də bunu təsdiqləyir.

İndi həmin soyuq sinif otaqlarını, təmirsiz binanı müasir, işıqlı, geniş məktəb binası əvəz edir.

İkimərtəbəli yeni məktəb binası bütün lazımı avadanlıqla təchiz olunub. Yeni məktəbdə 16 sinf otağı, 4 fənn kabineti, 3 laboratoriya, 179 yerlik akt zalı, yeməkxana, idman zalı mövcüddur.

Açılış mərasimində məktəblilərin çıxışları dinlənilib, yeni tədris ilində onlara uğurlar arzulanılıb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən