Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə mənzillər təqdim olundu - VİDEO, YENİLƏNİB

Vətən Müharibəsi Qəhrəmanlarına və ailə üzvlərinə mənzillər təqdim olundu - VİDEO, YENİLƏNİB
Vahid Əlaqələndirmə Mərkəzinin 1 günü

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib.

Tədbirdə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs olundu.

Qeyd edildi ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub.

Bildirildi Kİ, bu il daha 100, indiyədək 7300-dək avtomobil müharibə əlillərinə verilib. Vətən Müharibəsi Qəhrəmanları və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların ailə üzvləri dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən hərtərəfli qayğıya, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdİlər. Tədbirdən sonra Vətən Müharibəsi Qəhrəmanları və ailə üzvləri DOST Agentliyinin 1 saylı DOST Mərkəzində fəaliyyət göstərən, vahid əlaqələndirmə mərkəzində göstərilən xidmətlərlə tanış oldular.

Qeyd edək ki, ən çox Müdafiə Nazirliyinin xidmətləri ürə 350 müraciət olunub. onun da 294-ü müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər