Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.

REAL xəbər verir ki, bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

"Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.

Digər xəbərlər
Bu gün
Dünən