İqtisadi şəffaflıqda böyük uğur - VİDEO

İqtisadi şəffaflıqda böyük uğur - VİDEO
Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsi kəskin azalıb

Əksər beynəlxalq qurumların məlumatlarından belə görünür ki, son illərdə Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsuldakı payı iki dəfədən çox azalıb. Məsələn, Beynəlxalq Valyuta Fondunun bu barədə 2018-ci ildə yaydığı son hesabatına görə, Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsulda səviyyəsi proqnozlaşdırılan orta uyğunluq göstəricisi RMM (Pi-eM-eM)-ə görə, 24,8% təşkil edib. Halbuki, 1991-2015-ci il üzrə bu göstərici orta hesabla 53,67 faiz götürülüb.

Əslində, 2000-ci illərin əvvəlinə kimi bu göstərici 60 faizdən yüksək idi və Azərbaycan hökumətinin oponentləri gizli iqtisadiyyatın ümumi daxili məhsulun 60 faizinə bərabər olması barədə beynəlxalq qurumların bəyanatlarını çox vurğulayırdılar. Əslində, bu göstərici daha çox 1990-cı illərin əvvəlinə uyğun gəlirdi. Məsələn, 1992-1994-cü illərdə müxtəlif nazir vəzifələrini tutmuş siyasətçilərdən biri Dövlət Gömrük Komitəsinin sədri olan zaman, hökumət səviyyəsində iclasda etiraf etmişdi ki, rəhbərlik etdiyi qurum müəyyən pullar yığır - nə qədərinin rəsmi və nə qədərinin qeyri-rəsmi olduğunu bilmir. Təbii ki, gizli iqtisadiyyata qarşı mübarizə apara bilmədiyinə görə, həmin siyasətçi qurum rəhbərliyindən uzaqlaşdırılmışdı.

Amma Veynəlxalq Vayuta Fondunun dünya üzrə gizli iqtisadiyyatla bağlı dərc etdirdiyi son hesabatdan belə görünür ki, hökumətin bu istiqamətdə apardığı mübarizə əbəs olmayıb və Azərbaycan postsovet məkanı üzrə irəli yerlərdən birini tutur. Məsələn, həmin siyahıya görə, keçmiş sovet respublikaları içində gizli iqtisadiyyatın ən aşağı göstəricisi Estoniyaya məxsusdur. Bu siyahıya görə, Estoniyanın gizli iqtisadiyyatı ümumi daxili məhsulun 12,1 faizinə bərabərdir. Azərbaycanın 24,8 faizə bərabər göstəricisi Qazaxıstanın 20 faizlik göstəricisindən geri olsa da, Moldovanın 30 faizlik göstəricisindən xeyli irəlidir. Rəsmi Bakı iqtisadi şəffaflıq göstəricisinə görə, yaxın qonşuları 25,4 faizə malik Türkiyəni və 31,1 faiz göstəriciə malik İranı geridə qoyur.

Təbii ki, bütün bunlar 2018-ci ilə kimi olan göstəricilərdir və Azərbaycanda hökumətin gizli iqtisadiyyata qarşı mübarizəsi son üç ildə daha güclənib. Bu illər ərzində hökumətin iqtisadiyyatın ağardılması üzrə tətbiq etdiyi bir sıra stimullaşdırıcı tədbirlər vəziyyəti radikal surətdə dəyişib. Məsələn, Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin mayında tətbiq edilmiş «ƏDV geri al» kampaniyası bu məsələdə radikal irəliləmə yaradıb. Məsələ bundadır ki, portalda qeydə alınmış ailələr indi ancaq ƏDV-nin 10-15 faizini geri qaytaran, yəni rəsmi bizneslə məşğul olan qurumlardan alver edirlər. 2021-ci ilin birinci yarısının sonuna kimi «ƏDV geri al» portalında 1,4 milyon adam qeydiyyatdan keçib və bunu 1,4 milyon ailə saymaq olar. Azərbaycanda 2 milyon ailə var və yalnız 600 min ailə bu kampaniyadan kənarda qalır.

Beləliklə, Azərbaycanda gizli iqtisadiyyatın mövcudluğu yalnız meyvə bazarlarında, məhəllə dükanlarında və ölkənin müxtəlif regionlarında, o cümlədən Bakı ətrafında geyim və xırdavat satışı ilə məhğul olan yarmarkalarda mümkündür. Bu isə gizli iqtisadiyyatın xeyli azalaraq 10 faizin ətrafına düşdüyünü ehtimal etməyə imkan yaradır. Bununla belə, beynəlxalq qurumlar hökumətin Azərbaycan iqtisadiyyatı «ağartmaq» üzrə indən belə də uğurlar qazana biləcəyinə ümid edirlər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə REAL TV-yə müsahibəsində bildirib ki, bu məsələ beynəlxalq qurumların əksəriyyətinin son hesabatlarında vurğulanır.

«Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun hesabatlarına baxsaz, görərsiz ki, Azərbaycanda iqtisadi artımın əsas determinantları kimi son hesabatlarda birincisi dövlət investisiya xərclərinin artımıdır. Bu, aydın məsələdir - Qarabağda və Şərqi Zəngəzurda aparılan təmir-tikinti, tikinti - quraşdırma işləri, tikinti bumunun olması iqtisadi artıma əsas dəstək verir. Üçüncü məsələ kimi kölgə iqtisadiyyatına qarşı mübarizə və şəffaflaşdırma əsas qeyd kimi götürülür ki, reyestrin və uçotun şəffaflaşdırılması, həmin uçot nəticəsində vergi daxiolmalarının artırılması, istehsalın artması, məşğul əhalinin, əslində gizlənən məşğul əhalinin ortaya çıxması. Bunlara bilirik ki, əmək haqqı verilir, onun proqnozlaşdırılması, bunlar hamısı özü özlüyündə iqtisadi artımda tam şəkildə özünü göstərir»

Ekspertin sözlərindən belə anlaşılır ki, Azərbaycan bu məsələdə ən optimal vəziyyətə malik olmasa da, əlverişli vəziyyətdədir. O, dünyada iqtisadiyyatın əsas hissəsinin qeyri-leqal qalması ilə barışan çox sayda ölkənin olduğunu bildirir.

«Əsasən biz kölgə iqtisadiyyatının daha dərin tənəzzül etdiyi biz Afrika ölkələrində görə bilirik. Dünya Bankının bu yaxınlardakı yoxsulluq haqqında hesabatına görə, bu, 70-80 faiz arasında dəyişir. Burda əsas səbəblərdən bir ondan ibarətdir ki, ekstraktiv institutların hələ də mövcud olması ilə bağlıdır. Ekstraktiv instiutlar deydikdə biz nəyi nəzərdə tuturuq. Həm siyasi iradənin çox zəif olmasını, həm də iqtisadi iradənin kifayət qədər ortada olmaması, idarəetmədən çox ciddi problemlər. Ümumilikdə ictimai idarəetmədə və digər idarəetmə proseslərində. Bundan əlavə, sahibkarlıq mühitinin xaotik vəziyyətdə olması, qəbilələr arasındakı problemlər daxildir. Təbii ki, belə olan şəraitdə heç bir ölkə inkişaf edə bilməz».

Əlbəttə ki, Azərbaycan hətta müstəqilliyinin ilk illərində belə bu səviyyədə aşağı göstəriciyə malik olmayıb. Sovet dövründə özəl biznesdən vergi yığmaq təcrübəsi olmayıb və Azərbaycan bu istiqamətləri zaman-zaman inkişaf etdirərək təkmilləşdirib.

«İkinci qisim, 40-50 faiz arasında dəyişir. Bu bir sıra Asiya ölklərində xüsusiyətlərə malikdir. Optimal səviyyə isə 10 faizə qədər hissədə 7-10 faiz arasınd dəyişir. Ən yaxşı göstəricilər isə 1-2 faiz arasındadır. Əsasən bu bir sıra Avropa ölkələri Yeni Zelandiya, Avstraliya üzrə qeyd olunub ki, 1-2 faiz arasında dəyşir».

Hətta Beynəlxalq Maliyyə Fondunun 3 il qabaq yaydığı açıqlamadan belə görünür ki, Azərbaycan öz 24,8 faiz göstəricisi ilə ümumi daxili məhsulun 40-50 faizinə bərabər gizli iqtisadiyyata malik Asiya ölkələrinin yer yer aldığı ikinci qrupdan da çoxdan uzaqlaşıb. Azərbaycanın mübarizəsi əsasən gizli iqtisadiyyatı ümumi daxili məhsulun 10 faizindən az olan inkişaf etmiş qərb ölkələrinin yer aldığı optimal qrupa daxil olmaqdır.

Bu, iqtisadiyyata vergi nəzarətinin dərinliyini artırmış olar. Hazırda Azərbaycan büdcəsinin vergi və gömrük daxil olmaları ümumi daxili məhsulun 15 faizindən artıq deyil. Məsələn, 2020-ci ildə ölkə büdcəsinə vergi və gömrük daxilolmaları 9,991 milyard manat olub. Bu, 72,4 milyard manata bərabər ümumi daxili məhsulunu 14 faizinə bərabərdir.

Halbuki, inkişaf etmiş qərb ölkələrində vergi daxili olmaları ümumi daxili məhsulun 30 faizinqə qədər qalxır. Azərbaycanda göstəricinin belə aşağı olması əsasən, bir sıra sahələrin - aqrar sektorun və hasilatın pay bölgüsü sazişi ilə işləyən sektorların vergidən azad olması ilə bağlı olsa da, gizli iqtisadiyyatın da burda rolu az deyil. Çünki vergidən əsasən vergi dərəcələri yüksək olan sahələro yayınır.

Bir sıra ekspertlər buna görə, Azərbaycan üçün vergi yığımlarının optimal səviyyəsinin ümumi daxili məhsulun 18 faizinə bərabər göstərirlər və tam şəffaflaşma nəticəsində buna nail olunacağını düşünürlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən