Həyasızlığın son həddi - VİDEO

Həyasızlığın son həddi - VİDEO
Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə verib

Ermənistan Azərbaycanı beynəlxalq məhkəməyə verib. Səbəb irqi-ayrıseçkilik, yəni insan haqlarının pozulması ilə bağlıdır. Ermənistanın qaldırdığı iddia ərizəsində bildirilir ki, Azərbaycan onilliklər ərzində irqi ayrı -seçkiliyə məruz qaldığını qeyd edir ki, ki, bu da qırğınlar, işgəncələr və digər qanun pozuntuları ilə ifadə olunur.

Məsələyə münasibət bildirən hüquq elmləri doktoru, professor Əmir Əliyev REAL-a açıqlamasında bildirdi ki, Ermənistanın bu iddiasının heç bir əsası yoxdur.

Ermənistanın məhkəmə iddiasından sonra Azərbaycanın Xarici İşlər Naziriyinin cavabı özünü çox gözlətmədi. "Bu ilin yanvarında Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaya əlavə olaraq, yaxın günlərdə də irqi ayrıseçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək” deyə vurğulanıb.

Ermənistanın əməllərini görməzlikdən gələn beynəlxalq təşkilatlar da çox gözəl bilir ki, İrəvanın təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, yaşı miniklərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz də oldu. Ermənilər Qarabağda saysız hesabsız abidələri, 72 məscidi, 140 ziyarətgahı məhv etməklə Azərbaycanın milli-mənəvi yaddaşına güclü zərbə vurub. Beynəlxalq təşkilatlar isə hər zaman susub. Hətta müraciətimizə baxmayaraq...

Beynəlxalq təşkilatlar ikili standartlarını davam etdirsə də, biz haqqımızı tələb edəcəyik. Ermənistanın 2-ci Qarabağ müharibəsində Gəncə, Bərdə və Tərtərdə mülki əhalini ballistik raket atəşinə tutması, minlərlə evi dağıtması və əmlaka ziyan vurması haqda beynəlxalq təşkilatlara məlumatlar təqdim edilib. Haaqa Məhkəməsi Ermənistanın hərbi cinayətləri ilə bağlı məsələni araşdırır

Hüquq elmləri doktoru Əmir Əliyev bildirdi ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmədiyinə və mina xəritələrini vermədiyinə görə Ermənistan beynəlxalq konvensiyaları pozur. Hətta bu faktlara görə də Azərbaycanın onu məhləməyə vermək hüququ var.

Digər xəbərlər
Bu gün
Dünən