33 il əvvəl verilən 3 sot torpağın aqibəti - VİDEO

33 il əvvəl verilən 3 sot torpağın aqibəti - VİDEO
Alnabat kəndinin bələdiyyə sədri problemə aydınlıq gətirdi

Verilişimizə müraciət edən Şükür Qarayev adlı vətəndaş anası Tellər İmamquliyevanın varisi kimi çıxış edir. Problemi isə Gədəbəy rayonu Alnabat kəndində anasına verilmiş 3 sotluq torpağa hələ də qovuşa bilməmələri ilə bağlıdır.
Belə ki, 1988-ci ildə Gədəbəy rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən Tellər İmamquliyevaya qəzalı ərazidə yerləşən uçuq evinin əvəzində yeni ev tikmək üçün 3 sotluq torpaq verilir. Amma ailə bu illər ərzində o torpaqdan istifadə etmir. Şükür müəllim bunu müharibənin başlaması ilə izah edir. 2000-ci illərdə Şükür müəllim həmin torpaqdan istifadə etmək qərarına gəlir və bu vaxt öyrənir ki...

Qardaşı Böyük Vətən müharibəsində həlak olan, övladı isə Birinci Qarabağ müharibəsi veteranı olan Şükür müəllim həmin torpağa tam haqqı çatdığını deyir.

Məsələyə aydınlıq gətirmək üçün əvvəlcə Gədəbəy rayonu Alnabat kənd icra nümayəndəliyi ilə əlaqə saxladıq. Nümayəndə Müşfiq Əliyev bildirdi ki, bələdiyyə tərəfindən, hərrac yolu ilə Şükür Qarayevə torpaq verilərsə, onun sənədləşməsi məsələsində yardım etməyə hazırdır. O ki qaldı kəndin bələdiyyəsinin rəyinə, sədr Məhəmməd Əliyev bildirdi ki, hazırda Şükür Qarayev kəndin sakini hesab olunmur. Problemin kökü isə 1988-ci ildə verilmiş torpaqdan vaxtında istifadə edilməməyindən qaynaqlanır. Müstəqillik illərində aparılan aqrar islahatlar zamanı həmin torpaq örüş sahəsi kimi tanınıb. Hazırda isə bələdiyyənin balansında ev tikmək üçün hər hansı bir sahə yoxdur. Vətəndaş bu kənddən torpaq sahəsini yalnız alqı-satqı yolu ilə əldə edə bilər. Məhəmməd Əliyev söz arası onu da qeyd etdi ki, Şükür müəllim vaxtilə təhlükəli zona olaraq tanınan həmin ərazidə yerləşən evi çox gözəl bir şəkildə təmir edib. Yay aylarında o evdə heç bir problem olmadan yaşayır.

REAL
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər