Nəriman Abbasovdaan növbəti qələbə - VİDEO

Nəriman Abbasovdaan növbəti qələbə - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Nəriman Abbasov Moskvada növbəti döyüşünü keçirib.

27 yaşlı idmançı yüngül çəkidə rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədova məxsus EFC-nin prezidenti Şamil Zavurovla qarşılaşıb.

Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnir çərçivəsində baş tutan döyüş Abbasovun inamlı qələbəsi ilə başa çatıb. O, ilk raunddaca rəqibinə nokautla qalib gəlib.

"Dağıstan Şiri"ni inamlı zərblərlə sarsıdan "Çingizxan" ləqəbli Abbasov, rəqibini geri cəkilməyə vadar edərək, birinci raundun sonlarında təslim olmağa məcbur edib.

REAL

Digər xəbərlər
Bu gün
Dünən